Bakı Haqqında

Bakı-Azərbaycanın paytaxtı və ən böyük şəhəridir.

Şəhər,  Abşeron yarımadasının cənub hissəsində, Xəzər dənizi sahillərində yerləşir. Ən maraqlı abidələr Köhnə şəhərdə-Qalada cəmlənmışdir.

Şəhərin dəniz boyunca  uzanan əsas sahilboyu magistral  xətti -Neftçilər prospektidir. Onun mərkəzi Qız Qalasıdır. Qalanın və qüllənin silindri - prospektin bəzəyidir. Bakı sahili çox gözəldir. O, Bakı buxtasının çalarlarını təkrar edir. Onun əsas bəzəyi - xiyabanlar və fəvvarələrdir.  Səthində  restoran , kafe, bar, bilyard olan geniş , beş yüz metrlik estakada dənizə tərəf yönəlmişdir. 

Bakının kənarında çox maraqlı abidə - əbədi yanan Atəşgah var. Görünür ki, XVIII əsrin əvvəllərində , burada , məskun salmış hindu tacirləri  bu əbədi yanan atəşlə  maraqlanmışlar. Onlar da , burada bu Atəşgahı tikərək , ona sitayiş etmişlər.Hazırda , atəşgah yenidən alovlandırılmışdır.

Bakı şəhərinin yerləşdiyi Abşeron yarımadasının iqlimi mülayim isti , quru yay

havasından və qısa mülayim qiş havasından ibarət olur. Yunanıstan və İtaliya ilə eyni en dairəsində yerləşməsinə baxmayaraq , Abşeron özünün yüksək orta illik temperaturu və az miqdarda yağıntısı ilə fərqlənir.

Hər bir Bakılı və  paytaxtımıza gələn qonaq Qız Qalası, Şirvanşahlar Sarayı, İçərişəhər , Nağıyevin evi , Bakı bulvarı və digər arxitektura tikililərinin valehedici gözəlliyi ilə fəxr edir. Müasir Bakının simasında Milli Kitabxana , Azərbaycan Tarix Muzeyi, M.F. Axundov adına Opera və Balet Teatrı , Rus Draması , Sirk və başqa tikililər də az əhəmiyyətli yer tutmur.

Bakının diqqətəlayiq yerlərindən biri də - Xəzərin ortasında dəniz neftçiləri üçün tikilmiş  , öz romantik adına bəraət qazandırmış Neft Daşlarıdır. Yaşayış evləri , dükanlar, poliklinika, kitabxana , kinoteatr, vertolyot stansiyası, çayxana -bütün bunlar Neft Daşlarında var. Burada , dənizin dərin qatlarından  neft hasilatının qəhrəman tarixindən bəhs edən muzey yaradılmışdır.

Açıq səma altında olan Qobustan muzeyi  , özunun qeyri-adi əzəməti ilə gələnləri heyran edir.

Təəccüblü deyil ki,  turistlər , böyük məmnuniyyətlə bu qədim  və gözəl şəhərə gəlib , onu tez-tez Neapol və San-Fransisko ilə müqayisə edirlər.